Bank Of Baku

İctimai Palatanın aprelin 2-nə təyin etdiyi aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət daxil olmayıb

İctimai Palatanın aprelin 2-nə təyin etdiyi aksiya ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət daxil olmayıb
# 28 mart 2011 12:14 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) İctimai Palatanın (İP) aprelin 2-nə təyin etdiyi aksiya ilə bağlı heç bir müraciət daxil olmayıb. Bunu APA-ya açıqlamasında BŞİH-in İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov deyib. O əlavə edib ki, BŞİH-ə kütləvi aksiya ilə bağlı hər hansı müraciət daxil olarsa, baxılaraq müvafiq cavab veriləcək.

İP-ə daxil olan Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu isə APA-ya açıqlamasında müraciət məktubunu BŞİH-ə martın 18-də poçtla göndərdiklərini bildirib: “Martın 18-də məktub BŞİH-ə aparıldı, lakin iş gününün sonu olduğunu deyərək, qəbul etmədilər. Biz də məcbur olub məktubu poçtla göndərdik. Məktubun gec çatması yəqin ki, ötən günlərdə BŞİH-in bayramla əlaqədar işləməməsi ilə bağlıdır”.

Qeyd edək ki, İP adından Müsavat Partiyası, AXCP, KXCP və AMİP nümayəndələrinin imza ataraq BŞİH-ə göndərdikləri müraciətdə demokratik islahatlar aparılması, söz azadlığının təmin edilməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi, Qarabağa azadlıq və s. şüarlarla “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyasının keçiriləcəyi bildirilib. 5 min nəfərin iştirakı nəzərdə tutulan mitinqin saat 14.00-dan 16.00-dək keçirilməsi planlaşdırılır. İP Koordinasiya Şurasının qərarına əsasən, BŞİH “Nərimanov” kinoteatrının qarşısındakı meydanda mitinq keçirməyə icazə verməsə, aksiya Bakının mərkəzi yerlərindən olan “Fəvvarələr meydanı”nda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR