Bank Of Baku

QAT: ATƏT-in qiymətləndirmə missiyasının hesabatı ermənilərin mənafeyinə xidmət edir

QAT: ATƏT-in qiymətləndirmə missiyasının hesabatı ermənilərin mənafeyinə xidmət edir
# 28 mart 2011 13:07 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) ATƏT-in Minsk Qrupu həmsədrlərinin ötən ilin oktyabrında Azərbaycanın işğal olunmuş 7 rayonda həyata keçirilmiş qiymətləndirmə missiyasının hesabatı ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda missiyanın hesabatının ermənilərin maraqlarına xidmət etdiyi bildirilir: “Ermənistanda mətbuat, ekspert, deputatlar səviyyəsində hesabatla bağlı kəskin etirazlar bildirilir, guya Azərbaycanın maraqlarına xidmət etdiyi göstərilir, hətta hesabatın mətninin Qarabağ Azadlıq Təşkilatının mövqeyi ilə üst-üstə düşdüyünə dair iddialar səsləndirilir. Bütün bunlar mənasız hay-küydən başqa bir şey deyil və həmsədrlərin daha çox ermənipərəst mövqe tutmasına nail olmaq istəyindən irəli gəlir”.

Bəyanatda həmsədrlərin işğal olunmuş ərazilərdəki vəziyyəti düzgün əks etdirmədiyi deyilir: “Hesabatda həmsədrlər dağıntıları, xarabalıqları, vandalizm aktlarını çox yumşaq şəkildə əks etdirmiş, bu cinayətlərin ermənilər tərəfindən törədildiyini deməyə cürət etməmiş və yalnız müharibənin nəticələri kimi göstərməklə kifayətlənmişlər. Hesabatda işğal olunmuş ərazilərdə Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə də bəraət qazandırılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR