Bank Of Baku

Azərbaycan İslam Partiyası mitinq keçirmək üçün sabah Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək

Azərbaycan İslam Partiyası mitinq keçirmək üçün sabah Bakı şəhər İcra Hakimiyyətinə müraciət edəcək
# 28 mart 2011 13:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Mitinq keçirmək üçün hökumətdən “Azadlıq” meydanını istəyəcəyik”. Bu açıqlamanı APA-ya Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov verib.

E. Manafov bildirib ki, İslam Partiyası mitinq keçirməkdə israrlıdır: “Aksiyada iştirak edənlərin sayının 10 mindən çox olacağını proqnozlaşdırırıq. Bunun üçün də hökumətdən böyük meydan istəyəcəyik. Əlbəttə, “Azadlıq” meydanı şəhər meriyası tərəfindən məqsədəuyğun hesab edilməsə, paytaxtın digər böyük meydanlarının birində mitinq keçirməyə də etiraz etməyəcəyik”.

E. Manafov qeyd edib ki, onlar dinc aksiya keçirmək niyyətindədirlər, sabah Bakı şəhər İcra Hakimiyyətinə bununla bağlı məktub ünvanlanacaq. Partiyanın sədr əvəzi bildirib ki, mitinqdə Qarabağ münaqişəsinin, sosial problemlərin həlli, İslamofobiyanın qarşısının alınması və barələrində həbs-qətimkan tədbiri seçilən partiyanın rəhbər üzvlərinin azadlığa buraxılması ilə bağlı tələblər səslənəcək.

Partiyanın Baş Məclisinin üzvü Hacı İnqilab Əhədli isə APA-ya deyib ki, İslam Partiyası Bakının istənilən yerində, hətta Güzdək qəsəbəsində də mitinq keçirməyə etiraz etməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR