Bank Of Baku

ADP hakimiyyətdən vətəndaşları xarici müdaxilədən qorumaq üçün konkret tədbirlər görməyi tələb edib

ADP hakimiyyətdən vətəndaşları xarici müdaxilədən qorumaq üçün konkret tədbirlər görməyi tələb edib
# 28 mart 2011 14:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. ADP-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. İdarə Heyəti üzvləri son vaxtlar işğalçı Ermənistan tərəfindən ardıcıl olaraq atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycanın mülki və hərbi vətəndaşlarının həlak olmasından ciddi narahat olduğunu bildirib və bu itkilərin arxasında atəşkəs rejiminin effektsizliyinin durması faktını diqqətə çatdırmaqla hakimiyyətdən öz vətəndaşlarını xarici müdaxilədən qorumaq üçün konkret tədbirlər görməyi tələb edib.

İdarə Heyətində partiya quruculuğu və müxalifətdaxili inteqrasiyaya dair müzakirələr də aparılıb. Müzakirələr zamanı İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqlə bağlı məsələyə münasibət bildirilib və ölkə vətəndaşlarının kütləvi etiraz aksiyası təşkil etmək kimi konstitusion hüquqlarının hökumət tərəfindən etiraf olunmasının və aksiyanın keçirilməsi üçün normal şəraitin yaradılmasının vacibliyi bir daha vurğulanıb, eyni zamanda partiya üzvlərinin bu aksiyaya qatılmaqda sərbəst olduğu qeyd edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR