Bank Of Baku

Əhməd Oruc: “KXCP sifarişlə işləyən partiyadır”

Əhməd Oruc: “KXCP sifarişlə işləyən partiyadır”
# 28 mart 2011 15:41 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Klassik Xalq Cəbhəsi Partiyası və Böyük Azərbaycan Partiyası Demokratiya Uğrunda İttifaqın xalq hərəkatı yaratması qərarından sonra sifarişlə İctimai Palataya istiqamət götürüblər”. Bu fikirləri APA-ya açıqlamasında Demokratiya Uğrunda İttifaqın (DUİ) həmtəsisçisi, Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. Partiya sədri bildirib ki, fevralın 14-də DUİ-nin təşəbbüsü ilə “Ərəb ölkələrində baş verən hadisələr və onun Azərbaycan təsiri” mövzusunda keçirilən toplantıda xalq hərəkatının yaradılması ilə bağlı qərar qəbul olunub və qurumun koordinasiyası DUİ-yə həvalə edilib: “Fevralın 17-də isə KXCP İdarə Heyətinin yığıncağı keçirildi və bu partiya DUİ ilə razılaşdırmadan İctimai Palatada təmsil olunmaqla bağlı qərar verdi. Ondan əvvəl isə DUİ-nin İctimai Palatada təmsil olunmamaqla bağlı qərarı mövcud idi. Toplantıdan sonra həm KXCP-yə, həm də Böyük Azərbaycan Partiyasına DUİ-dən çıxmaq barədə sifariş gəldi”.

Onun sözlərinə görə, bu xalq hərəkatının mənbəyinin – DUİ-nin dağıdılması onlar qarşısında qoyulan tələbin tərkib hissəsi idi: “İctimai Palata Azərbaycanda hakimiyyətə qarşı çıxış edə biləcək mərkəzlərin qarşısını almaq üçün yaradılıb. Bu qurum mitinq, inqilab imitasiyası ilə məşğul olur və hakimiyyətin tam nəzarətindədir. Hesab edirəm ki, hakimiyyətin nəzarətində olan partiyalardan biri də KXCP-dir”.

KXCP sədrinin təşkilati məsələlər üzrə müavini Bəybala Əbil isə Ə. Orucun fikirlərini əsassız adlandırıb: “Azadlıq Partiyası dolayısı ilə İctimai Palatanın ilk üzvü və təsisçilərindən olub. Əhməd Oruc noyabrın 22-də KXCP-nin qərargahında müxalifətin birləşməsi ilə bağlı keçirilən toplantıda iştirak etdi. Müsavat Partiyasının qərargahında keçirilən yığıncaqda da Əhməd Oruc iştirak edib və məncə, orada imzalanan sənədə də o imza atıb”. B. Əbil deyib ki, Ə. Oruc bu məsələdə ən azı obyektiv deyil: “Əhməd Orucun Mirmahmud Mirəlioğlunun və İctimai Palatanın iqtidara işləməsi kimi açıqlaması isə gülüncdür. 20 illik ağır mücadilə yolu keçən bu adamlara atılan şər sözlərə heç münasibət bildirmək istəmirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR