Bank Of Baku

Azərbaycan İslam Partiyası mitinq keçirilmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Azərbaycan İslam Partiyası mitinq keçirilmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 29 mart 2011 12:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Azərbaycan İslam Partiyası (AİP) aprelin 8-də paytaxtda mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bu barədə APA-ya AİP-in sədr əvəzi Elçin Manafovun məlumat verib. E. Manafov deyib ki, məktubda paytaxt meriyasından “Azadlıq” meydanında mitinq keçirilməsi üçün şərait yaradılması istənilib. Partiya rəhbəri qeyd edib ki, “Azadlıq” meydanı şəhər meriyası tərəfindən məqsədəuyğun hesab edilməsə, paytaxtın digər böyük meydanlarının birində keçirməyə də etiraz etməyəcəklər: “Mitinqdə Qarabağ münaqişəsinin həlli, İslamofobiyanın qarşısının alınması və barələrində həbs-qətimkan tədbiri seçilən partiyanın rəhbər üzvlərinin azadlığa buraxılması ilə bağlı tələblər səslənəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR