Bank Of Baku

VİP və ALP birgə açıqlama yayıb

VİP və ALP birgə açıqlama yayıb
# 29 mart 2011 15:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Vətəndaş və İnkişaf Partiyası (VİP) ilə Azərbaycan Liberal Partiyası (ALP) birgə açıqlama yayıb. APA-nın məlumatına görə, açıqlamada Azərbaycanın müxalifət qüvvələrinin bir araya gəlməsi məqsədilə VİP və ALP-nin apardığı fəaliyyətə diqqət yönəldilib və qeyd olunub ki, bu zərurətdən irəli gələrək hər iki partiya adından fevralın 26-da ölkənin müxalifət qüvvələrinə birgə müraciət ünvanlanıb: “VİP və ALP sədrləri Əli Əliyevlə Əvəz Temirxan bu təşəbbüs çərçivəsində Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə ilə müzakirələr aparıb. VİP və ALP sədrləri eyni mövzuda müzakirələrin aparılması məqsədilə martın 17-də Müsavat Partiyasının başqanı İsa Qəmbərə və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə yazılı müraciət göndərib. Müraciətə cavab verilməsi üçün göstərilən müddətin başa çatmasına baxmayaraq, İ. Qəmbər və Ə. Kərimli onlara ünvanlanmış təklifə nə yazılı, nə də şifahi formada hər hansı münasibət ifadə etməyib”.

Açıqlamada Müsavat və Xalq Cəbhəsi partiyalarının təşəbbüsə münasibətindən təəssüf hissi vurğulanıb: “Onların belə mövqe nümayiş etdirmələri müxalifət qüvvələrinin bir araya gəlməsində maraqlı olmadıqlarının göstəricisi kimi qiymətləndirilir. Bəyan edirik ki, ALP ilə VİP olaraq müxalifətin geniş spektrli birliyinin yaranmamasına təəssüflənməklə yanaşı, bizim də iştirak edəcəyimiz əməkdaşlıq formasının müəyyənləşdirilməsi yönündə fəaliyyətimizin nəticəsinə dair yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR