Bank Of Baku

Ramil Usubov ölkənin şimal-qərb və cənub bölgəsində vətəndaşları qəbul edəcək

Ramil Usubov ölkənin şimal-qərb və cənub bölgəsində vətəndaşları qəbul edəcək
# 29 mart 2011 19:29 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov ölkənin şimal-qərb və cənub bölgəsində vətəndaşları qəbul edəcək. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, R. Usubov daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı aprelin 11-də Şəki şəhərində, Şəki, Balakən, Qax, Oğuz, Zaqatala, Qəbələ, aprel ayının 25-də isə Lənkəran rayonunda Lənkəran, Cəlilabad, Masallı sakinlərini qəbul edəcək. Qəbul göstərilən tarixlərdə saat 11.00-da başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR