Bank Of Baku

BAXCP hərbi qulluqçuların dəfn mərasimi haqqında qanun layihəsi hazırlayır

BAXCP hərbi qulluqçuların dəfn mərasimi haqqında qanun layihəsi hazırlayır
# 30 mart 2011 09:35 (UTC +04:00)
Bakı-APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın icra strukturlarına hərbi qulluqçuların dəfn mərasimi haqqında qanun layihəsi hazırlamaq barədə müvafiq göstəriş verib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə partiya sədrinin müavini Elçin Mirzəbəyli, İdarə Heyətinin katibi Yeganə Dilbazi və hüquq şöbəsinin müdiri Rasim Almuradovun iştirakı ilə işçi qrupu yaradılıb.
İşçi qrupundan BAXCP-nin mətbuat xidmətinə verilən məlumat görə, artıq qanun layihəsi üzərində işə başlanılıb. İşçi qrupu beynəlxalq təcrübədən yararlanaraq, qısa müddət ərzində qanun layihəsini hazırlayıb, BAXCP İdarə Heyətinin müzakirəsinə təqdim edəcək. İdarə Heyətinin müvafiq qərarından sonra isə sənəd Azərbaycan Respublikasının Milli Məclisinə və kütləvi informasiya vasitələrinə təqdim olunacaq.
Qeyd edək ki, qanun layihəsinin hazırlanmasının başlıca səbəbi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində dəfn mərasimlərinin təşkili ilə əlaqədar mövcud olan problemlərin qanunvericilik yolu ilə aradan qaldırılmasıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR