Bank Of Baku

TRT-nin Bakı nümayəndəliyi “Nə üçün qətl edilirik?” adlı sənədli film çəkib - FOTO

TRT-nin Bakı nümayəndəliyi “Nə üçün qətl edilirik?” adlı sənədli film çəkib - <font color=red>FOTO</font>
# 30 mart 2011 11:03 (UTC +04:00)
Bakı. Laçın Sultanova – APA. TRT-nin Bakı nümayəndəliyi 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Nə üçün qətl edilirik?” adlı sənədli film çəkib. APA-nın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyində filmin təqdimatı keçirilib.

Filmdə 1918-1920-ci illərdə və ötən əsrin sonlarında ermənilər tərəfindən Azərbaycanda həyata keçirilən qətliamlar, Xocalı soyqırımı barəsində faktlara əsaslanan kadrlar, tarixçilərin və ekspertlərin şərhləri səsləndirilir. Filmdən məlum olur ki, 1918-1920-ci illərdə 700 mindən artıq dinc əhali ermənilər tərəfindən qətlə yetirilib, qan qardaşlarının harayına gəlmiş Osmanlı İmperiyasının Qafqaz İslam Ordusu Azərbaycanı azad edərkən 1130 şəhid verib.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç filmdə qoyulan suala cavab verərək “ona görə qətl edilirik ki, türkük”, deyib. O, Türkiyə ilə Ermənistan arasındakı sərhədin 18 ildir bağlı olduğunu xatırladıb və bəyan edib ki, heç bir dövlət başqa bir ölkə naminə bunu etməz: “Türkiyə hər zaman Azərbaycanın yanında olacaq, Azərbaycan da Türkiyənin yanında olacaq”.

Millət vəkili Qənirə Paşayeva isə Azərbaycan tarixi haqqında filmlər çəkdiyinə görə TRT-yə minnətdarlığını bildirib: “Belə filmlər vasitəsilə bütün dünyaya həqiqətləri çatdırmaq lazımdır, bununla ermənilərin yalanlarının qarşısını ala bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR