Bank Of Baku

Müasir Müsavat Partiyası üzvlərinə 2 aprel aksiyasında iştirak etmək üçün sərbəstlik verib

Müasir Müsavat Partiyası üzvlərinə 2 aprel aksiyasında iştirak etmək üçün sərbəstlik verib
# 30 mart 2011 12:25 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müasir Müsavat Partiyasının (MMP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İdarə Heyətində, həmçinin, müxalifətdaxili inteqrasiyaya dair müzakirələr də aparılıb.

Müzakirələr zamanı İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqlə bağlı məsələyə münasibət bildirilib. Qeyd edilib ki, MMP İctimai Palataya üzv olmadığına görə, partiya olaraq bu siyasi təşkilatın həmin mitinqdə iştirakı mümkün deyil. Lakin İdarə Heyəti partiya üzvlərinin arzusu ilə bu aksiyada iştirak etmələrinə sərbəstlik verib. Toplantıda o da vurğulanıb ki, hakimiyyət Konstitusiya çərçivəsində müxalifətin etiraz aksiyalarını keçirməsinə normal şərait yaratmalı, onların təhlükəsizliklərini təmin etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR