Bank Of Baku

QAT Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etmiş şəxslərin məzarlarının birinci Fəxri Xiyabandan çıxarılmasını tələb edir - FOTO

QAT Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etmiş şəxslərin məzarlarının birinci Fəxri Xiyabandan çıxarılmasını tələb edir - <font color=red>FOTO</font>
# 30 mart 2011 13:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı Azərbaycan xalqına qarşı cinayətlərdə iştirak etmiş bəzi şəxslərin məzarlarının birinci Fəxri Xiyabandan çıxarılması ilə bağlı Milli Məclisə müraciət edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclisin sədri Oqtay Əsədova, millət vəkilləri Qənirə Paşayeva, Aqil Abbas, Fazil Mustafa, Sabir Rüstəmxanlı, Fəzail İbrahimli və digərlərinə göndərilən müraciətdə bu şəxslərin nəəşlərinin hələ də Fəxri Xiyabanda saxlanılmasına etiraz edilib.

Məzarların fotoşəkillərinin də əlavə olunduğu məktubda bildirilib ki, QAT Gənclər Şurası birinci Fəxri Xiyabanda reyd keçirib və dəhşətli faktlar aşkar edib: “Məlum olub ki, 1918-1920-ci illərdə Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş erməni-rus qüvvələri ilə birlikdə azərbaycanlılara qarşı soyqırım cinayətlərində iştirak etmiş bəzi şəxslərin, o cümlədən Həşim Əliyev, Qasım İsmayılov, Mirfəttah Musəvi, Əli Bayramov kimi adamların məzarları hələ də Fəxri Xiyabanda qalır. Onların baş daşlarında “Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülüb”, “Müsavat qatillərinin əli ilə öldürülüb”, “Əks-inqilabçıların əli ilə vəhşicəsinə öldürülüb” və sair təhqiramiz ifadələr yazılıb”.

QAT bu məzarların hələ də Fəxri Xiyabanda saxlanılmasını Azərbaycan xalqına, soyqırım qurbanlarının xatirəsinə təhqir hesab edir: “Azərbaycan xalqının soyqırım gününü bütün dünyada qeyd etdiyi bir vaxtda sizə müraciət edir və bu məzarların götürülməsi üçün təcili tədbirlərin görülməsini tələb edirik. Əks halda, biz özümüz həmin məzarların yararsız hala salınması üçün tədbirlər görməyə məcbur olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR