Bank Of Baku

AYP, ALP və VİP sədrləri arasında görüş keçirilib

AYP, ALP və VİP sədrləri arasında görüş keçirilib
# 30 mart 2011 15:22 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Yaşıllar Partiyasının (AYP) qərargahında AYP sədri Mais Gülalıyev, Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında bu gün görüş keçirilib. VİP-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, üçtərəfli görüşdə ölkədəki mövcud vəziyyət və müxalifətdaxili proseslər müzakirə olunub.

Partiya sədrləri apardıqları müzakirələr zamanı müxalifətdaxili inteqrasiya prosesinin perspektivinə dair məsələyə xüsusi diqqət yetiriblər. Əldə olunan razılaşmaya əsasən, bu istiqamətdə məsləhətləşmələr davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR