Bank Of Baku

“Elçibəy mərkəzi” yaradılır

“Elçibəy mərkəzi” yaradılır
# 31 mart 2011 09:21 (UTC +04:00)
Bakı – APA. Yaxın günlərdə “Elçibəy mərkəzi”nin yaradılması gözlənilir. APA-nın məlumatına görə, mərkəzin yaradılması ilə bağlı təşəbbüs qrupunun rəhbəri, eks-prezidentin qardaşı oğlu Hürrü Əliyev bildirib ki, artıq müəyyən təşkilati işlər görülüb və aprel ayının ilk yarısında mərkəz təsis olunacaq.

“Elçibəy mərkəzi”nin Azərbaycanda ideoloji ocaq olacağını və Türk Dünyası ilə əlaqələr, Güney Azərbaycanda yaşayan soydaşlarımızın haqq səsinin dünyaya çatdırılması, Azərbaycanın tarixi torpaqlarının birləşdirilməsi istiqamətində fəaliyyət göstərəcəyini, milli məfkurə, Elçibəy düşüncə sistemi ilə bağlı araşdırmalar aparacağını bildirən H. Əliyev mərkəzin İdarə Heyətinə tanınmış ziyalılar, keçmiş hərəkat üzvləri, siyasətçi və millət vəkillərinin daxil olacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR