Bank Of Baku

ADP sədri: “Azərbaycan müxalifətində hətta erməni ilə dialoq aparmağa hazır olan bəziləri ölkədaxili qüvvələrlə danışıqlardan çəkinirlər”

ADP sədri: “Azərbaycan müxalifətində hətta erməni ilə dialoq aparmağa hazır olan bəziləri ölkədaxili qüvvələrlə danışıqlardan çəkinirlər”
# 31 mart 2011 09:33 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan müxalifətində elə əhval-ruhiyyə yaranıb ki, hətta erməni ilə müəyyən dialoq aparmağa hazır olan qüvvələr ölkədaxili qüvvələrlə danışıqlardan çəkinirlər”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

ADP sədri Liberal və Vətəndaş və İnkişaf partiyalarının müxalifətin birliyi ilə bağlı təklifinə müxalifət düşərgəsindəki bəzi qüvvələrin münasibətini şərh edərkən bildirib ki, bəzi müxalifət partiyalarına rəhbərlik edən şəxslərin bir-biri ilə umu-küsü saxlaması, əlaqəyə girməməsi anormal haldır: “Hətta müharibə edən dövlətlərin başçıları zaman-zaman bir masa arxasında oturub, aralarındakı münaqişələri müzakirə ediblər. Birlik sosial mövcudluğun atributu olduğundan birliyin yaradılması bir nömrəli vəzifəmiz olmalıdır. Maraqlar bunu tələb edir”.

S. Cəlaloğlu deyib ki, ölkə daxilində xalqın maraqları baxımından iqtidar-müxalifət cəbhəsinə bölünmək olar. Lakin cəbhənin öz içində birliyin əleyhinə olmaq heç bir sağlam məntiqə sığmır: “Siyasi güc birlikdən əmələ gəlir. Dinimizin də bunu diktə edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR