Bank Of Baku

İctimai Palatanın rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

İctimai Palatanın rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edib - <font color=red>FOTO</font>
# 31 mart 2011 11:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. İctimai Palatanın (İP) rəhbərliyi və üzvləri 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib. APA-nın məlumatına görə, ziyarətdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, AMİP sədri Yusif Bağırzadə, sabiq deputat Pənah Hüseyn və başqaları iştirak edib. Xiyabanda şəhidlərin ruhuna dualar oxunub, məzarların üstünə qərənfillər düzülüb.

Müsavat Partiyasının başqanı İsa Qəmbər jurnalistlərə açıqlamasında 1918-ci ilin mart hadisələrinin XX əsrin ən böyük faciələrindən biri olduğunu deyib: “Çox şadam ki, bir tərəfdən alimlərimiz, tədqiqatçılarımız son vaxtlar çox ciddi araşdırmalar, tədqiqatlar aparırlar, o dövrün həqiqətlərini üzə çıxarırlar. Digər tərəfdən, həm siyasi qüvvələr, həm ictimai təşkilatlar, həm də gənclər bu hadisələrə daha çox diqqət yetirirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR