Bank Of Baku

Əhməd Oruc DUİ-nin sədri seçilib

Əhməd Oruc DUİ-nin sədri seçilib
# 31 mart 2011 12:45 (UTC +04:00)
Bakı – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, toplantının əvvəlində 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar şəhidlərin ruhu yad edilib və beynəlxalq ictimaiyyətə müraciət qəbul olunub.

DUİ Sədrlər Şurası mətbuat nümayəndələrinə təzyiqlər, İctimai Palatanın aprelin 2-də keçirilməsi planlaşdırılan aksiyası və təşkilati məsələlər müzakirə edilib. DUİ Sədrlər Şurası “Azadlıq” qəzetinin müxbiri Seymur Həziyevin oğurlanıb döyülməsini qətiyyətlə pisləyib və vətəndaşların siyasi əqidəsinə görə təqibinin yolverilməz olduğunu bildirib.

DUİ Sədrlər Şurası hakimiyyəti sərbəst toplaşmaq azadlığını təmin etməyə, İctimai Palatanın şəhərin mərkəzində aksiyalar üçün yer ayrılması tələbini yerinə yetirməyə çağırıb. İP-nin 2 aprel aksiyasında DUİ təşkilat olaraq iştirak etməsə də, quruma daxil olan partiyaların üzvlərinə bu məsələdə sərbəstlik verilməsi barədə qərar qəbul edib.

Qurumun Əsasnaməsinə və qərarına uyğun olaraq 2011-12-ci illərdə (1 il müddətinə) Azadlıq Partiyasının sədri Əhməd Oruc DUİ-nin sədri seçilib. Həmin qərara əsasən növbəti il üçün Milli Qurtuluş Partiyasının başqanı Vüqar Bəyturan DUİ-yə rəhbərlik edəcək.

Qeyd edək ki, Demokratiya Uğrunda İttifaq 2007-ci ildə təsis olunub. Quruma Azadlıq, Milli Qurtuluş və Azad Azərbaycan partiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR