Bank Of Baku

Əli Kərimlinin evinin qarşısında etiraz aksiyası keçirilib - FOTO

Əli Kərimlinin evinin qarşısında etiraz aksiyası keçirilib - <font color=red>FOTO</font>
# 31 mart 2011 14:38 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı evin qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları Ə. Kərimlini radikal İslam qüvvələri ilə əməkdaşlıqda, Azərbaycanda bölücülük işləri aparmaqda günahlandırılıb. Onlar Azərbaycanda radikal müxalifətə yer olmadığını deyiblər.

Aksiya iştirakçıları əllərində “Əli Kərimli+radikal islamçılar=xaos”, “Satqınlara ar olsun”, “Vətən xainlərinə ar olsun” və digər şüarlar yazılmış plakatlar tutublar.

Etirazçılar 11 mart və 2 aprel aksiyalarını təşkil edənlərin əleyhinə də şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları Azərbaycan prezidenti İlham Əliyevin və onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının siyasətini dəstəklədiklərini də bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR