Bank Of Baku

İslam Partiyası digər siyasi partiya və ictimai təşkilatlarla danışıqlara başlayıb

İslam Partiyası digər siyasi partiya və ictimai təşkilatlarla danışıqlara başlayıb
# 01 aprel 2011 09:13 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan İslam Partiyası aprelin 8-də keçirmək istədiyi mitinqlə bağlı digər siyasi partiya və ictimai təşkilatlarla danışıqlara başlayıb”. Bunu APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) mətbuat katibi Hacı Akif Heydərli deyib. O bildirib ki, danışıqlar yalnız dini yönümlü təşkilatlarla aparılmır: “Azərbaycan Birlik Partiyası, Azərbaycan Ziyalılar Birliyi ilə mitinqdə iştiraka dair razılaşmamız olub. Qarabağ Azadlıq Təşkilatı ilə bu gün müzakirə aparılacaq. Hesab edirik ki, mitinqdə əsas tələbimiz Qarabağ probleminin həlli, işğal altındakı ərazilərimizin azad edilməsi olduğundan Qarabağ Azadlıq Təşkilatı da burada iştirak etməlidir”.

H. Heydərli aksiyanın Azadlıq meydanında keçirilməsini daha məqsədəuyğun saydıqlarını vurğulayıb: “Çünki bunun simvolik mənası da var. Qarabağ uğrunda mübarizə bu meydandan başlayıb. Düzdür, başqa tələblərimiz də var. Lakin əsas məqam Qarabağ məsələsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR