Bank Of Baku

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub

“Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub
# 01 aprel 2011 09:55 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin Dövlət quruculuğu və hüquq siyasəti ilə İnsan haqları komitələrinin birgə iclası keçirilib. İclasda “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunub. APA-nın məlumatına görə, dəyişikliklər barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişiklik miqrasiya orqanları əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib.

Təklif olunan dəyişikliyə əsasən miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25%-i miqrasiya işçilərinin sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının hesabına keçiriləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Əlavə və dəyişikliklər müzakirələrdən sonra parlamentin iclasına tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR