Bank Of Baku

AXCP və KXCP-nin bir neçə üzvü saxlanıb

AXCP və KXCP-nin bir neçə üzvü saxlanıb
# 01 aprel 2011 10:34 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli polis tərəfindən saxlanılıb. Bu barədə APA-ya partiya sədrinin köməkçisi Faiq Əmirov məlumat verib. O bildirib ki, hadisə Ş. Həsənli Şəmkirdə səfərdə olarkən baş verib: “Onu Şəmkir polisi həbs edib”.
F. Əmirov martın 31-də saxlanılmış AXCP sədrinin sürücüsü Kərim Mehdiyevə isə Binəqədi rayon Məhkəməsi tərəfindən 13 gün inzibati həbs cəzası verildiyini də bildirib.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Yevlax rayon şöbəsinin fəalı Xanlar Laçınov, Qazax rayon şöbəsinin rəhbərləri olan Şöhrət Məmmədov və Məqsəd Mirzəyev də bu gün saxlanılaraq rayon polis idarələrinə aparılıblar. Bu barədə KXCP-nin mətbuat xidməti məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR