Bank Of Baku

Müsavat başqanı İsa Qəmbər BŞBPİ-nə çağırılıb

Müsavat başqanı İsa Qəmbər BŞBPİ-nə çağırılıb
# 01 aprel 2011 12:02 (UTC +04:00)
Müsavat Partiyasından APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 5-ci bölməsinin rəisi Cəbrayıl Vəliyev Müsavat Partiyasının qərargahına gəlib. O, partiya rəhbərini bu gün 17.00-da BŞBPİ və Bakı şəhər Prokurorluğunun rəhbərliyi ilə görüşə dəvət edib. Partiyadan bildirilib ki, İ. Qəmbərin BŞBPİ-yə gedib-getməyəcəyinə dair hələlik qərar verilməyib.

İctimai Palatanın (İP) mitinq komitəsinin üzvləri Tofiq Yaqublu, Fuad Qəhrəmanlı, Fikrət Cəfərli və Əli Orucov da Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılıblar. Onlar saat 17.30-da idarəyə gedəcəklərini bildiriblər.
Müsavat Partiyası İP-nin aprelin 2-də keçirəcəyi mitinq ərəfəsində müxalifətçilərin polis tərəfindən saxlanılmasını pisləyən bəyanat yayıb.
Qeyd edək ki, AXCP sədri Əli Kərimli də bu gün saat 16.00-da BŞBPİ-nə çağırılıb.

Xatırladaq ki, İP aprelin 2-də “Fəvvarələr meydanı”nda icazəsiz aksiya keçirəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR