Bank Of Baku

Əli Kərimli Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidovla görüşüb - FOTO

Əli Kərimli Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidovla görüşüb - <font color=red>FOTO</font>
# 01 aprel 2011 14:07 (UTC +04:00)
APA-nın xəbərinə görə, AXCP sədri görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, onunla görüşdə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidov iştirak ediblər: “Görüşdə İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqlə bağlı narahatçılıq ifadə olundu. Polis rəisi və prokuror bildirdilər ki, “Fəvvarələr” Meydanında mitinq keçirilməsi Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıb. Onlar aksiyanın İcra Hakimiyyətinin məqsədəuyğun saydığı yerdə keçirilməsini tövsiyə etdilər. Mən isə dedim ki, Azərbaycan Konstitusiyası bizə sərbəst toplaşmaq azadlığı hüququ verir və aksiyanı keçirməkdə israrlıyıq. Bizim aksiya dinc olacaq. Provokasiya olacağı halda isə biz məsuliyyət daşımayacağıq”.

Ə. Kərimli, həmçinin görüşdə son günlər müxalifət partiyaların üzvlərinin polis tərəfindən saxlanılması və dünən onun evinin qarşısında keçirilən aksiya ilə bağlı etirazını bildirdiyini də deyib.

Qeyd edək ki, BŞBPİ-nin binası qarşında ATƏT-in Bakı Ofisinin, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin və Böyük Britaniya səfirliyinin əməkdaşları da var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR