Bank Of Baku

YAP rəhbərliyi partiyanın gənc üzvləri ilə görüşüb - FOTO

YAP rəhbərliyi partiyanın gənc üzvləri ilə görüşüb - <font color=red>FOTO</font>
# 01 aprel 2011 14:13 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün YAP rəhbərliyi ilə partiyanın gənc üzvləri arasında görüş olub. APA-nın məlumatına görə, partiyanın Nizami rayon təşkilatında keçirilən görüşdə YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, partiyanın Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva və YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak ediblər.

Görüşdə çıxış edən Ə. Əhmədov Azərbaycanın inkişafından, ölkədə gedən quruculuq işlərindən danışıb. YAP-ın 500 min üzvünün olduğunu deyən Ə. Əhmədov onların 40 faizinin gənclər olduğunu bildirib. O, bəzi hallarda Azərbaycan gənclərinin beyninin müxtəlif qüvvələr tərəfindən zəhərləndiyini, onların razılaşdırılmamış küçə yürüşlərinə, mitinqlərə cəlb olunduğunu vurğulayıb: “Biz əlbəttə ki, bunu istəmirik. Bəzi qüvvələr gənclərdən öz məqsədlərinə çatmaq üçün vasitə kimi istifadə etmək istəyirlər. Müxalifətçilərin aprelin 2-də keçirmək istədiyi aksiya da bu qəbildəndir. Bu aksiyaya da gəncləri cəlb etmək niyyətindədirlər”.

Ə. Əhmədov gənc YAP-çılara həmin çirkin niyyətlərə ələt olmamaq istiqamətində tələbə dostları, digər gənclərlə iş aparmağı tövsiyə edib: “Sabahkı və indiyədək olan aksiyalara qoşulan gənclərin çoxu ya təsadüfən orda iştirak ediblər, ya da aksiya keçirənlərin əsl niyyətini bilməyiblər. Bu səbəbdən onları bu yoldan döndərə bilərik”.

Görüş daha sonra mətbuatın iştirakı olmadan davam etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR