Bank Of Baku

Milli Məclisin sədri Gürcüstanın yeni səfirini qəbul edib

Milli Məclisin sədri Gürcüstanın yeni səfirini qəbul edib
# 01 aprel 2011 15:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfiri Teymuraz Şaraşenidzeni qəbul edib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanda yeni fəaliyyətə başlayan səfirin iki ölkə arasında münasibətlərin daha da inkişafında səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu vurğulayan O. Əsədov bu gün Azərbaycanla Gürcüstanı strateji əməkdaşlığın birləşdirdiyini bildirib: “Biz Cənubi Qafqazda baş verən hadisələri diqqətlə izləyirik. Bölgədəki münaqişələr regionun iqtisadi tərəqqisinə böyük maneçilik törədir. Biz bu cür problemlərin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdarıq”.

T. Şaraşenidze isə gələcək fəaliyyətində ölkələrarası münasibətlərin daha da dərinləşməsinə çalışacağını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR