Bank Of Baku

Bir qrup gənc Əli Kərimlinin yaşadığı evin qarşısında yenidən etiraz aksiyası keçirib

Bir qrup gənc Əli Kərimlinin yaşadığı evin qarşısında yenidən etiraz aksiyası keçirib
# 01 aprel 2011 15:25 (UTC +04:00)
Bakı – APA. Bu gün bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı evin qarşısında yenidən etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları Ə. Kərimlini Azərbaycanda xaos yaratmaqda günahlandırıb.
İştirakçılar Azərbaycanda radikal müxalifətə yer olmadığını deyərək “Satqınlara ar olsun!”, “Vətən xainlərinə ar olsun!” və digər bu kimi şüarlar səsləndirib və plakatlar tutublar.

Qeyd edək ki, analoji aksiya martın 31-də də təşkil olunmuşdu. Ə. Kərimlinin evinin qarşısında daha bir aksiyanın aprelin 2-də də keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR