Bank Of Baku

Bakı Şəhər Baş Polis İdarəsində İctimai Palatanın mitinq komitəsinin üzvləri ilə görüş keçirilib

Bakı Şəhər Baş Polis İdarəsində İctimai Palatanın mitinq komitəsinin üzvləri ilə görüş keçirilib
# 01 aprel 2011 15:36 (UTC +04:00)
APA-nın xəbərinə görə, görüşdə BŞBPİ-nin rəis müavini Yaşar Əliyev və Bakı Şəhər Prokurorluğunun Polisə Nəzarət İdarəsinin rəisi Pənah Abbasov iştirak ediblər. Görüşdən sonra jurnalistlərə açıqlama verən Əli Orucov bildirib ki, onlara İP-nin aprelin 2-də “Fəvvarələr” meydanına təyin etdiyi aksiya ilə bağlı xəbərdarlıq olunub: “Yaşar Əliyev dedi ki, aksiyada qarşıdurma olacaqsa, polis buna görə məsuliyyət daşımayacaq. Biz isə sabah konstitusion hüququmuzdan istifadə edib aksiya keçirəcəyimizi dedik. Onu da qeyd elədik ki, baş verəcək xoşagəlməz insidentlərə görə məsuliyyəti biz daşımayacağıq”.

Qeyd edək ki, mitinq komitəsinin üzvü Fuad Qəhrəmanlı da BŞBPİ-yə çağırılıb. Lakin o, görüşdə iştirak etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR