Bank Of Baku

Azərbaycandakı Ahıska türkləri arasında mübahisə yaranıb

Azərbaycandakı Ahıska türkləri arasında mübahisə yaranıb
# 01 aprel 2011 16:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Ahıska Türklərinin Vətən Cəmiyyətinin martın 26-da keçirilən qurultayının saxtalaşdırılması və Ahıska türkləri arasındakı qeyri-müəyyənliyin aydınlaşdırılması məqsədilə mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, cəmiyyətin sədri Şəmsəddin Sərvərov təmsil etdiyi qurumun tarixi haqqında məlumat verərək baş verən qanunsuzluq haqqında danışıb. Ş. Sərvərov bildirib ki, 2010-cu ilin oktyabrın 9-da Ahıska türklərinin kompakt yaşadığı Saatlı rayonunun Fətəlikənd kəndində cəmiyyətin VII qurultayı keçirilib və o, qurumun sədri seçilib: “2011-ci il martın 26-da təşkilatın sədr müavin Sabircan Cəlilov qanunsuz olaraq VII qurultayın ikinci konfransı adlı bir toplantı keçirib və özünü sədr elan edib”.

Tədbirdə çıxış edən təşkilatın sədr müavini Yusif Səfərov və hüquqşünas Mərdəli Süleymanov da martın 26-da keçirilən qurultayı qanunsuz adlandıraraq baş verənlərlə bağlı yaxın günlərdə məhkəməyə müraciət ediləcəyini açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR