Bank Of Baku

Azərbaycan prezidenti Əhmədlidə yeni xəstəxananın, Keşlə və Bülbülədə isə yeni məktəblərin tikintisi üçün vəsait ayırıb

Azərbaycan prezidenti Əhmədlidə yeni xəstəxananın, Keşlə və Bülbülədə isə yeni məktəblərin tikintisi üçün vəsait ayırıb
# 01 aprel 2011 16:39 (UTC +04:00)
APA-nın məlumatına görə, bu məqsədlə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılıb.

Dövlət başçısının digər sərəncamı ilə Bakı şəhəri Nizami rayonunun Keşlə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisinə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılıb.

Prezident Bakı şəhəri Suraxanı rayonunun Bülbülə qəsəbəsində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, Bülbülə qəsəbəsində 640 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat məbləğində vəsait ayrılıb.

Sərəncamda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini təmin etmək Maliyyə Nazirliyinə tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR