Bank Of Baku

Yaşar Əliyev: “Müxalifət “Fəvvarələr” meydanına buraxılmayacaq”

Yaşar Əliyev: “Müxalifət “Fəvvarələr” meydanına buraxılmayacaq”
# 01 aprel 2011 16:52 (UTC +04:00)
Bu gün bəzi müxalifət partiyalarının rəhbərlərinin, həmçinin aksiya təşkilatçılarının BŞBPİ-nə dəvət edilərək onlara xəbərdarlıq edildiyini qeyd edən Y. Əliyev razılaşdırılmamış aksiyaların keçirilməsinin qanun pozuntusu olduğunu bildirib: “Müxalifət partiyalarına mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yer ayrılıb. Biz onlara xəbərdarlıq etdik, bildirdik ki, qanun pozuntusuna yol verməsinlər. Onlar ayrılmış yerdə aksiya keçirə bilərlər. Əks halda, qanunu pozaraq Bakının mərkəzi küçələrində ictimai asayişi pozmağa cəhd göstərsələr, qarşısı tərəfimizdən qətiyyətlə alınacaq”.

Y. Əliyev müxalifət partiyalarına yarana biləcək qarşıdurma ilə bağlı da xəbərdarlıq edildiyini qeyd edib: “Bir daha deyirəm, onlar istədikləri yerdə aksiya keçirə bilməyəcəklər. Biz tədbirimizi görmüşük. Birmənalı olaraq bildirirəm ki, onlar heç həmin əraziyə buraxılmayacaqlar. Qarşıdurma yaranarsa, buna görə məsuliyyəti mitinqin təşkilatçıları və aksiya iştirakçıları daşıyacaq”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinq keçirməklə bağlı müraciətinə cavab olaraq “Nərimanov” kinoteatrının qarşısındakı meydanda kütləvi etiraz aksiyası keçirməyə razılıq verməyib. Əvəzində aksiyanın Bibiheybət qəsəbəsində keçirilməsi təklif edilib. İctimai Palata isə mitinqi aprelin 2-si saat 14.00-da “Fəvvarələr” meydanında keçirməyə qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR