Bank Of Baku

Xaliq Bahadır: “Çox şeyin üstünü açaram, yaxşı olar ki, o adamlar sussunlar”

Xaliq Bahadır: “Çox şeyin üstünü açaram, yaxşı olar ki, o adamlar sussunlar”
# 02 aprel 2011 07:55 (UTC +04:00)
Ümumiyyətlə, belə bir xəbərdarlığı qanunsuz hesab edirəm”. Bunu APA-ya açıqlamasında AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır deyib. O, hazırda İctimai Palata və AXCP-də bir-iki nəfər istisna olmaqla, hamı ilə yaxşı münasibətlərinin olduğunu bildirib: “Hansı ki, onlar mətbuatda mənimlə bağlı yersiz çıxışlar edirlər. Məsələn, Fuad Qəhrəmanlı, Yusif Bağırzadə... Seçki saxtakarlıqlarına qol çəkmiş Yusif Bağırzadə deyib ki, Xaliq Bahadır hakimiyyətə işləyir. O sözünü dedi, keçdi. Davam eləsələr, mən çox şeyin üstünü açaram. Yaxşı olar ki, o adamlar sussunlar”.

AMİP sədri Yusif Bağırzadə APA-nın əməkdaşı ilə söhbətində X. Bahadırın dediklərinə münasibət bildirmək istəmədiyini söyləyib.

X. Bahadırın dediklərinə AXCP-dən də münasibət bildirilməyi lazım bilməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR