Bank Of Baku

Azərbaycanın kommunist partiyaları birləşir

Azərbaycanın kommunist partiyaları birləşir
# 04 aprel 2011 09:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycanda fəaliyyət göstərən kommunist partiyalarından ikisi birləşməyə qərar verib. Bu barədə APA-ya Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin sədri Ələsgər Xəlilov məlumat verib. Partiya sədri deyib ki, bu barədə qərar Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin və Telman Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Kommunist Partiyası (marksizm-leninizm platformasında) Mərkəzi Komitəsinin birgə plenumunda verilib. Plenumun iclasında təşkilatların qurultaya qədər birgə fəaliyyət göstərməsini nəzərdə tutan, yeni təsis olunmuş Azərbaycan Kommunist Partiyaları İttifaqının Əsasnaməsi qəbul edilib, həmsədrlik institutu formalaşdırılıb, o cümlədən birləşmə qurultayının oktyabr ayında keçirilməsi barədə qərar verilib. Ə. Xəlilov birləşməklə bağlı digər kommunist partiyalarına da müraciət ediləcəyini söyləyib: “Müəyyən vaxtdan sonra Vahid Azərbaycan Kommunist Partiyasının sədri Sayad Sayadova, Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanova da müraciət ediləcək”.

Azərbaycan Kommunist Partiyası (marksizm-leninizm platformasında) Mərkəzi Komitəsinin sədri Telman Nurullayev də hər iki təşkilatın birləşməklə bağlı qərar verdiyini təsdiqləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR