Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının üzvləri mətbuat konfransı keçiriblər

İctimai Palatanın Koordinasiya Şurasının üzvləri mətbuat konfransı keçiriblər
# 04 aprel 2011 11:08 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvləri Müsavat Partiyasının qərargahında mətbuat konfransı keçiriblər. APA-nın xəbərinə görə, çıxış edən İP KŞ üzvləri - AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının başqanı İsa Qəmbər aprelin 2-də İP-in keçirdiyi etiraz aksiyasını baş tutmuş saydıqlarını bildiriblər.

Ə. Kərimli AXCP Ali Məclisinin sədri Həsən Kərimovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorla aparıldığını deyərək, onun həyatına hələ də təhlükə qaldığını deyib. O, H. Kərimovun Türkiyədə əməliyyat olunmasını təmin edəcəklərini bildirib.

Ə. Kərimli İP-nin keçirəcəyi növbəti aksiyalara quruma daxil olmayan partiyaların qatılacağını da vurğulayıb.

İ. Qəmbər isə çıxışında bu gün Azərbaycanda proseslərin yeni mərhələyə keçdiyini deyib: “Biz hakimiyyətə bir daha müraciət edib, islahatlara çağırırıq”.

Mətbuat konfransında İP KŞ-nın üzvü, İP-nin Müdafiə Komitəsinin sədri Vidadi Mirkamal, İP üzvlərindən Mehriban Vəzir də çıxış ediblər.

İP aprelin 2-də və ondan əvvəl müxalifətçilərin polis tərəfindən tutulmasına və zor tətbiq edilməsin etiraz bəyanatı da yayıb. İP nümayişçilərin saxlanılmasını pisləyib, mitinqçiləri dağıdan hüquq-mühafizə orqanları əməkdaşlarının məsuliyyətə cəlb edilməsini, saxlanılanların dərhal azad olunmasını tələb edib.

Qeyd edək ki, İP növbədənkənar sessiyası aprelin 9-da keçiriləcək. Sessiyada İP-nin növbəti mitinqinin aprelin 16-da keçirilməsi məsələsi müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR