Bank Of Baku

Yevda Abramov: ““Amnesty İnternational” təşkilatı Azərbaycan haqqında dəfələrlə qərəzli mövqe nümayiş etdirib”

Yevda Abramov: ““Amnesty İnternational” təşkilatı Azərbaycan haqqında dəfələrlə qərəzli mövqe nümayiş etdirib”
# 04 aprel 2011 11:58 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Bəzi beynəlxalq təşkilatların aprelin 2-də müxalifətin qanunsuz aksiyası zamanı baş verən hadisələrlə bağlı bəyanatı obyektivlikdən uzaqdır. Həmin təşkilatlar bilirlər ki, bütün dünyada, o cümlədən inkişaf etmiş ölkələrdə bu cür qanunsuz hərəkətlərin qarşısı alınır”. APA-nın xəbərinə görə, bu fikirləri YAP-ın saytına açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Y. Abramov bildirib ki, Konstitusiyanın tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı Bakının 11 rayonunun hər birində kütləvi aksiyalar keçirmək üçün yerlər ayırıb. Onun sözlərinə görə, istənilən təşkilat həmin yerlərdə sərbəst şəkildə tədbir keçirə bilər: “Amma bəzi dairələrin bilərəkdən qanunu pozaraq iğtişaş törətmək cəhdləri onların hansısa Azərbaycanı istəməyən xarici qüvvələr tərəfindən idarə olunduğunu göstərir. Əks halda, bu hərəkəti etməzdilər”.

Komitə sədrinin müavini bildirib ki, həmin hadisələrlə bağlı “Amnesty İnternational” təşkilatının bəyanatı reallığı əks etdirmir. Onun sözlərinə görə, həmin təşkilatın Azərbaycan haqqında qərəzli mövqe nümayiş etdirməsi dəfələrlə baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR