Bank Of Baku

ADP Azərbaycan hakimiyyətini hava məkanının qorunması üçün zəruri addımları atmağa çağırıb

ADP Azərbaycan hakimiyyətini hava məkanının qorunması üçün zəruri addımları atmağa çağırıb
# 04 aprel 2011 12:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin (İH) növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

İctimai Palatanın aprelin 2-də keçirilmiş il mitinqinin nəticələrinə münasibət bildirən İdarə Heyəti mitinq zamanı dinc aksiya iştirakçılarına qarşı zorakılıqları pisləyib, hökuməti demokratiya və insan haqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməyə çağırıb.

İdarə Heyəti üzvləri Ermənistanın Azərbaycanın beynəlxalq qaydalarla müəyyənləşən hava məkanını pozaraq İrəvan-Xankəndi reysinin işə salması üçün göstərdiyi cəhdləri qətiyyətlə pisləyib, Azərbaycan hakimiyyətini ölkənin hava məkanının qorunması üçün zəruri addımları atmağa çağırıb. Həmçinin bu cür qeyri-qanuni hərəkətlərin arxasında terrorist qüvvələrin və müxtəlif silahların Qarabağ ərazisinə daşınması, nəticədə atəşkəs rejiminin pozula biləcəyini beynəlxalq təşkilatların diqqətinə çatdıran İH üzvləri beynəlxalq birliyi Ermənistanın bu hərəkətinə adekvat reaksiya verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR