Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 04 aprel 2011 14:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub.
Qaradağ rayon təşkilatının konfransı barədə məlumat dinlənilib və bəyənilib. Sonra İctimai Palatanın 2 aprel mitinqi ilə bağlı müzakirələr aparılıb. Bu mitinq müxalifətin son illərdə keçirdiyi ən güclü kütləvi aksiya hesab olunub.
Divan Müsavat Partiyasının və İctimai Palataya daxil olan digər qurumların kütləvi aksiyada iştirakını yüksək qiymətləndirib və aksiyaların davam etdirilməsinin zərurətini vurğulayıb. Müzakirələrin nəticəsi olaraq 02 aprel mitinqi ilə bağlı xüsusi bəyanat qəbul edilib.
Sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR