Bank Of Baku

Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionda stabilliyin bərqərar olmasına öz töhfəsini vermiş olacaq”

Metyu Brayza: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionda stabilliyin bərqərar olmasına öz töhfəsini vermiş olacaq”
# 04 aprel 2011 14:07 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “ATƏT-in Minsk Qrupunun sabiq həmsədri kimi mən dəfələrlə bildirmişəm ki, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək zəruridir”. APA-nın məlumatına görə, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza “İrəli” İctimai Birliyində keçirdiyi görüşdə sualları cavablandıran zaman deyib.

Səfir qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə sülh prosesinə sadiq olduğunu bəyan edib: “Prezident İlham Əliyev də dəfələrlə bu fikri vurğulayıb. Bu fikir prezidentlərin Soçi görüşünün yekununa əsasən imzalanmış bəyanatda da öz əksini tapıb”.

Səfirin sözlərinə görə, münaqişənin nizamlanması bütün regionda stabilliyin bərqərar olmasına öz töhfəsini vermiş olacaq. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi iştirak etdiyi dövrü öz diplomatik karyerasının ən dəyərli təcrübəsi adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR