Bank Of Baku

İslam Partiyası mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinin göstərəcəyi yerdən imtina etməyəcək

İslam Partiyası mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinin göstərəcəyi yerdən imtina etməyəcək
# 04 aprel 2011 14:32 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan İslam Partiyası mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təklif ediləcək yerdən imtina etməyəcək”. Bunu APA-ya açıqlamasında Azərbaycan İslam Partiyasının (AİP) mətbuat katibi Hacı Akif Heydərli deyib. O bildirib ki, partiya öz tərəfdarlarını mitinq üçün təklif olunan yerlərlə bağlı məlumatlandıracaq: “Bir şərtimiz var ki, təqdim olunan yer müraciətdə göstərdiyimiz saya uyğun olsun. Yəni aksiyada iştirak edən partiya üzvləri və təəssübkeşləri üçün narahatlıq yaranmasın”.

Qeyd edək ki, Azərbaycan İslam Partiyası aprelin 8-də Azadlıq Meydanında mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR