Bank Of Baku

Siyavuş Novruzov: “Müxalifət bu dəfə də qanundan kənara çıxacaqsa, bunun qarşısını alınmalıdır”

Siyavuş Novruzov: “Müxalifət bu dəfə də qanundan kənara çıxacaqsa, bunun qarşısını alınmalıdır”
# 05 aprel 2011 09:30 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu YAP-ın saytına açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, müxalifət partiyalarının aprelin 16-a təyin etdiyi mitinq də qanuna uyğun şəkildə keçirilməlidir. O, Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalar keçirmək üçün müvafiq yerlər ayırdığını xatırladıb.

“Kimsə öz fikirlərini tərəfdarları ilə bölüşmək istəyirsə, burada yer məsələsi problem olmamalıdır. Yəni onlar mitinq üçün ayrılmış yerlərdə bunu sərbəst şəkildə edə bilərlər. Dünyanın inkişaf etmiş dövlətlərində də aksiyalar qanun çərçivəsində keçirilir. Müasir dövrdə kütləvi informasiya vasitələri ilə, internet vasitəsilə daha geniş şəkildə müzakirələr aparmaq, fikirlərini çatdırmaq mümkündür. Buna baxmayaraq, müxalifət mitinq keçirmək istəyirsə, qanunlara riayət etməlidir. Əgər bu dəfə də onlar qanundan kənara çıxacaqlarsa, belə halların qarşısını alınmalıdır”, - S. Novruzov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR