Bank Of Baku

İslam Partiyasının həbsdə olan sədri vəkili ilə görüşüb

İslam Partiyasının həbsdə olan sədri vəkili ilə görüşüb
# 05 aprel 2011 11:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəkili ilə görüşüb. Vəkil Anar Qasımov APA-ya bildirib ki, görüşdə müdafiə etdiyi şəxs istintaq hərəkətlərinin aparılmamasından, hüquqlarının məhdudlaşdırılmasından və ona qarşı irəli sürülən ittihamdan narazılığını bildirib. Vəkilin sözlərinə görə, M. Səmədov saxlanıldığı gündən indiyə qədər cəmi bir dəfə istintaq qrupu tərəfindən dindirildiyini söyləyib.

Vəkil onu da əlavə edib ki, M. Səmədovun səhhətində problem yoxdur.

Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin hökmü ilə M. Səmədov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. M. Səmədov Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR