Bank Of Baku

Arif Hacılı və Məhəmməd Məcidli Bakı İstintaq Təcridxanasına köçürülüb

Arif Hacılı və Məhəmməd Məcidli Bakı İstintaq Təcridxanasına köçürülüb
# 05 aprel 2011 12:54 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda aprelin 2-də keçirilən aksiya ilə bağlı barələrində 2 aylıq həbs-qətimkan tədbiri seçilmiş Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və AXCP üzvü Məhəmməd Məcidli Bakı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə APA-ya Arif Hacılının vəkili Əsabəli Mustafayev məlumat verib. Onun sözlərinə görə, barəsində həbs-qətimkan tədbiri seçilmiş Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı isə hələlik Bakı İstintaq Təcridxanasına köçürülməyib.

Vəkil qeyd edib ki, iki gün ərzində barəsində həbs-qətimkan tədbiri seçilən şəxslərlə, habelə mitinqdə iştiraka görə inzibati həbs cəzası alan müxalifətçilərlə bağlı çıxarılan məhkəmə qərarlarından apelyasiya şikayəti veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR