Bank Of Baku

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının “Azadlıq” meydanında mitinq keçirməklə bağlı müraciətinə cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının “Azadlıq” meydanında mitinq keçirməklə bağlı müraciətinə cavab verib
# 05 aprel 2011 14:07 (UTC +04:00)
AİP-in mətbuat katibi Hacı Akif Heydərli APA-ya bildirib ki, bu gün verilən cavab məktubunda paytaxt meriyası partiyanın “Azadlıq” meydanında mitinq keçirmək istəyini məqsədəuyğun hesab etməyib. Məktubda bildirilib ki, “Azadlıq” meydanı dövlət tədbirləri üçün nəzərdə tutulduğundan kütləvi etiraz aksiyalarının burada keçirilməsi mümkün deyil. Cavab məktubunda mitinq üçün alternativ yer isə göstərilməyib.

Partiya funksioneri onu da qeyd edib ki, mitinqlə bağlı təkrar müraciət edəcəklər.

Qeyd edək ki, martın 29-da Azərbaycan İslam Partiyası (AİP) aprelin 8-də paytaxtın “Azadlıq” meydanında mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR