Bank Of Baku

AXCP sədrinin müavini Türkiyədə ürəyindən əməliyyat olunacaq

AXCP sədrinin müavini Türkiyədə ürəyindən əməliyyat olunacaq
# 05 aprel 2011 14:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. AXCP Ali Məclisinin sədri Həsən Kərimov ürəyindən cərrahi əməliyyat olunması üçün Türkiyəyə aparılacaq. Həsən Kərimovun həyat yoldaşı Almaz Rəhimovanın APA-ya verdiyi məlumata görə, H. Kərimov bu gün evə köçürülüb və səhhəti qismən normaldır: “Türkiyəyə əməliyyata getməsi üçün hazırlıq görülür. Yaxın 3 gün ərzində Türkiyəyə gedəcək. Artıq əməliyyat olunacağı xəstəxana da müəyyənləşdirilib. Lakin xəstəxananın adını dəqiq bilmirəm”.

A. Rəhimova qeyd edib ki, həyat yoldaşının ürəyində “koronar şuntlama” əməliyyatı aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR