Bank Of Baku

Sərdar Cəlaloğlu İctimai Palatanın rəhbərliyi ilə danışıqlar aparıb

Sərdar Cəlaloğlu İctimai Palatanın rəhbərliyi ilə danışıqlar aparıb
# 06 aprel 2011 13:05 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İctimai Palatanın Koordinasiya Şurası siyasi qüvvələrin bir məclisdə təmsil olunmasına qısqanclıqla yanaşır”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

S. Cəlaloğlu bildirib ki, Azərbaycanda siyasi inkişafa nail olmaq üçün müxalifətdə təmsil olunan bütün siyasi qüvvələrin bir araya gəlməsi vacibdir: “Ən azı ölkədə gedən ictimai-siyasi prosesləri birgə müzakirə etmək olar. Amma təəssüf ki, hamı bu reallıqları eyni dərəcədə qəbul etmir. Xüsusən də İctimai Palatanın Koordinasiya Şurası. Birgə fəaliyyətlə bağlı istəyimiz çox təəssüf ki, hələ alınmayıb”.

S. Cəlaloğlu İctimai Palatanın rəhbərliyi ilə danışıqlar apardığını da söyləyib: “Onlara bildirdim ki, İctimai Palatanın Koordinasiya Şurasına daxil olmayan siyasi partiyaların liderlərinin iştirakı ilə bu qurumun genişləndirilmiş iclasını çağıraq və birliyin genişləndirilməsini müzakirə edək. Təəssüf ki, nəticə alınmadı. Məndə olan məlumata görə, İctimai Palatanın Koordinasiya Şurası bu cür görüşdən imtina edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR