Bank Of Baku

Dairə seçki komissiyalarında Milli Məclisdə azlıq təşkil edən partiyaların payına düşən yerlər 6 partiya arasında bərabər bölüşdürüləcək

Dairə seçki komissiyalarında Milli Məclisdə azlıq təşkil edən partiyaların payına düşən yerlər 6 partiya arasında bərabər bölüşdürüləcək
# 06 aprel 2011 13:17 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisdə azlıq təşkil edən partiyaların təmsilçisi olan üzvləri dairə seçki komissiyası (DSK) üzvlüyünə namizədləri bölüşdürməyə başlayıb. Bu barədə APA-ya MSK üzvü Akif Qurbanov məlumat verib. A. Qurbanov prosesdə Milli Məclisdə azlıq təşkil edən partiyaların təmsilçisi olan 6 MSK üzvünün iştirak etdiyini bildirib: “Bunlar Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar və Ana Vətən partiyalarının MSK-dakı təmsilçiləridir”.

A. Qurbanov 6 partiyanın parlamentdə neçə nəfərlə təmsil olmasından asılı olmayaraq, DSK üzvlüyünə Milli Məclisdə azlıq təşkil edən partiyaların payına düşən namizədlərin bu partiyalar arasında bərabər bölüşdürüləcəyini söyləyib.

Parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) və bitərəf deputatların MSK-dakı təmsilçiləri isə DSK üzvlüyünə namizədləri hələlik müəyyənləşdirməyə başlamayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR