Bank Of Baku

Tibbi ekspertizanın Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı barəsində rəyi açıqlanıb

Tibbi ekspertizanın Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı barəsində rəyi açıqlanıb
# 06 aprel 2011 15:21 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə – APA. İctimai Palatanın 2 aprel aksiyasında saxlanan Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının bədənində olan zədələrlə bağlı tibbi ekspertiza rəy verib. Bu barədə APA-ya Tural Abbaslının vəkili Anar Qasımov bildirib. Vəkil deyib ki, ekspertiza T. Abbaslının yalnız ayağında zədələrin olduğunu qeyd edib: “Biz də vəsatət vermişik ki, yeni ekspertiza təyin olunsun”.

Qeyd edək ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisələrlə bağlı şübhəli şəxs qismində məsuliyyətə cəlb olunanlardan biri də T. Abbaslıdır.

Səbail Rayon Məhkəməsi T. Abbaslının barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Hazırda o, Bakı İstintaq Təcridxanasında saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR