Bank Of Baku

DSK-lar seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına təhvil veriblər

DSK-lar seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına təhvil veriblər
# 07 aprel 2011 07:29 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanda vahid seçicilər siyahısının dəqiqləşdirilməsi davam etdirilir. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən bildirilib. Seçki Məcəlləsində nəzərdə tutulduğu kimi artıq dairə seçki komissiyaları (DSK-lar) müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Hazırda MSK vahid seçicilər siyahısının ölkə üzrə dəqiqləşdirilməsini dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirir. Bu proses mayın sonuna qədər yekunlaşacaq və ölkə üzrə dəqiqləşdirilmiş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR