Bank Of Baku

Barəsində həbs-qətimkan tədbiri seçilən Arif Hacılı məhkəmənin qərarından apellyasiya şikayəti verib

Barəsində həbs-qətimkan tədbiri seçilən Arif Hacılı məhkəmənin qərarından apellyasiya şikayəti verib
# 07 aprel 2011 10:07 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İctimai Palatanın aprelin 2-də keçirməyə cəhd göstərdiyi etiraz aksiyası zamanı saxlanılan və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilən Müsavat Partiyası Mərkəzi İcra Aparatının sədri, başqan müavini Arif Hacılı Səbail rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verib. Bunu APA-ya Arif Hacılının vəkili Əsabəli Mustafayev deyib.

Vəkil sabiq deputat, Müsavat Partiyasının Divan üzvü İkram İsrafilin və bitərəf İbrahim Əhmədzadənin də apellyasiya şikayəti verdiklərini bildirib: “Onlar 2 aprel aksiyasından əvvəl saxlanılıblar. Nəsimi rayon Məhkəməsinin qərarı ilə İkram İsrafilə 7 sutka həbs cəzası verilib. İbrahim Əhmədzadə isə martın 31-də saxlanılıb. Sumqayıt şəhər Məhkəməsi onun da 7 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilməsi barədə qərar çıxarıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR