Bank Of Baku

Aprelin 2-də Azərbaycan paytaxtında keçirilən aksiyası zamanı fiziki və hüquqi şəxslərə dəymiş ziyanın məbləği açıqlanıb

Aprelin 2-də Azərbaycan paytaxtında keçirilən aksiyası zamanı fiziki və hüquqi şəxslərə dəymiş ziyanın məbləği açıqlanıb
# 07 aprel 2011 12:00 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Bakı şəhər prokurorunun müavini, aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış etiraz aksiyasında baş verənlərlə bağlı yaradılmış istintaq qrupunun rəhbəri Fazil Həsənəliyev məlumat verib. Onun sözlərinə görə, aparılan istintaq hərəkətləri nəticəsində çoxsaylı şahid ifadələri alınıb, aksiya iştirakçıları dindirilib, fiziki və hüquqi şəxslərə dəymiş ziyan hesablanıb. Müəyyən edilib ki, aksiya iştirakçıları tərəfindən paytaxtda ictimai asayiş kobud şəkildə pozulub, qarşıdurma yaradılıb, bir sıra mağaza və dükanlara, o cümlədən polisə məxsus avtomobillərə ümumilikdə 14 min 203 manat dəyərində ziyan dəyib. F. Həsənəliyev hazırda fakt üzrə başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirlərinin davam etdirildiyini qeyd edib.

Xatırladaq ki, aprelin 2-də baş vermiş hadisələrlə bağlı fakta görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Hadisələrlə bağlı 4 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Bunlar Müsavat Partiyası sədrinin müavini Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və AXCP üzvü Məmməd Məcidlidir. Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham elan olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR