Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib
# 07 aprel 2011 16:42 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Ədalət Yusifovun sədrliyi ilə qurumun növbəti toplantısı keçirilib. Bu barədə APA-ya Ə. Yusifov məlumat verib. O, toplantıda əvvəlcə qərarların icra vəziyyətinin dinlənilərək qəbul olunduğunu bildirib. Daha sonra İP-nin növbədənkənar sessiyasının aprelin 9-u saat 12.00-da Müsavat Partiyasının qərargahında keçirilməsi məqsədəuyğun sayılıb.

Sessiyanın gündəliyinə çıxarılacaq məsələlər müzakirə olunaraq qəbul edilib. Sessiyanın gündəliyində İP-nin aprelin 16-na planlaşdırdığı mitinq məsələsinin salındığı da qeyd edilib.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR